Natan Oduva gələcək karyerası ilə bağlı qərarını bu həftə verəcək.

Rekord.az xəbər verir ki, "Turan Tovuz" ötən ilki ilə müqayisədə daha artıq maaşla ona yeni müqavilə təklif edib.

Lakin iş ondadır ki, Bakı klublarından da futbolçuya ciddi təkliflər var və daha çox pul təklif edirlər. Əldə etdiyimiz məlumata görə, "Səbail" və "Zirə" Oduvanı heyətində görmək istəyir. Əslində futbolçu özü də paytaxtda oynamaq və yaşamaq istəyir. Lakin yeni klubunda "Turan Tovuz"da göstərdiyi oyunu göstərə biləcək, ya yox, yeganə narahatlığı bundandır. Bu mənada seçimdə çətinlik çəkir. Bununla belə, bu həftə yekun qərarını açıqlayacaq.