
Oduva "Keşlə"yə pulsuz oynamağa gəlmişdi
- 01 Noy 2022 15:00
- 648
Hazırda "Turan Tovuz"un əsas futbolçularından olan Natan Oduvanın ölkəmizdə forma geyindiyi il klub sabiq "Keşlə" olub.
Rekord.az xəbər verir ki bir vaxtlar "Tottenhem"də də forma geyinmiş futbolçu sən demə, "Keşlə"də pulsuz oynamağa da razı imiş.
Bu haqda məlumatı "İdman" TV-də yayımlanan "Mərkəzi xətt" verilişində qonaq olan "Keşlə"nin sabiq baş məşqçisi Sənan Qurbanov verib: "Həmin vaxt bizə 3 futbolçu təklif olunmuşdu ki, onları baxışdan keçirək. Biz də yoxladıq və mən Oduvanın üzərində dayandım. Çünki yaxşı karyerası var idi, "Tottenhem" kimim klubda çıxış etmişdi. Sadəcə, həmin vaxt formada deyildi. Hətta menecerlərinə də sual vermişdim ki, bu cür futbolçu niyə bu qədər müddət klubsuz qalıb, amma həmin menecerlərdən də bununla bağlı tutarlı cavab ala bilmədim. Oduva özü isə "Keşlə"də pulsuz oynamağada razı idi, təki forma yığsın. Uzun müddət futbolsuz qaldığından məşqdə də onu çox yükləyə bilmirdik ki, birdən \zdələnər".