"Mahmud Qurbanov kimi təmkinli adam boğaza yığıldı və axırda dilə gəldi".

Rekord.az xəbər verir ki, bu fikirlər AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədova məxsusdur.

İdman TV-də yayımlanan "Mərkəz xətti" verilişində qonaq olan FİFA referisi, gənclər yığması ətrafında gedən söz-söhbətlərə münasibət bildirib, federasiyanın yerli mütəxəssislərə barmaqarası münasibitəni tənqid edib.

Sitat: "Qurbanov işsiz deyil. "Neftçi"nin əvəzedici komandasında çalışır. O, milli komandanı bir oyunda baş məşqçi kimi meydana çıxarıb. Yəni ki, onun savadı var.

Gözəl də futbolçu olub. Niyə də millidə işləməsin?

Milan Obradoviçin komandası qrupda 5-ci yeri tutur və Lixtenşteynə qələbə hədiyyə edir. İroniyalı cavabı da yadımızdadır. Niyə ona cavab verilmədi ki, Gürcüstana hər iki oyunda uduzmusan?

Bizim qonşuların iqtisadi durumu heç də yaxşı vəziyyətdə deyil, amma gəldilər, burada bizə dərs keçdilər. Azərbaycanda istənilən məşqçi Obradoviçdən yaxşı nəticə verə bilərdi.

AFFA indi onunla müqaviləni yeniləyir. Görünür ki, burada kimlərinsə böyük maraqları var".