Məlum olduğu kimi, Almaniya millisinin və "Bavariya"nın qapıçısı Manuel Noyer bu yaxınlarda xizək sürərkən ayağını sındırmış və əməliyyat olunaraq, mövsümü başa vurmuşdu.

Rekord.az xəbər verir ki, əslində baş verən bədbəxt hadisəyə görə əsas günahkar elə qapıçı özü olub.

Belə ki, mundialdakı stressi açmaq üçün dağa gedib və ən hündür zirvəyə qalxıb. Bu zaman dağ-xizək kompleksinin əməkdaşları Noyerə dəfələrlə xəbrdarlıq ediblər ki, fikrindən daşınsın. Çünki həmin gün çox qar yağmadığı üçün yetəri qədər ağ, qalın örtük yaranmamışdı. Əksər yerlər kələ-kötür, daşlıq, qayalıq idi. Belə halda isə xizək sürmək çox təhlükəlidir. Lakin Noyer əməkdaşların sözünə baxmayaraq xizəklə sürüşmək istəyib. Nəticədə qısa zaman kəsiyində ayağını sındırıb və təpədə köməksiz vəziyyətdə qalıb. Onu yalnlz xilasedici vertalyotla oradan çıxarmaq olub.