12 mart 2023-cü il tarixdə Goranboy Olimpiya İdman Kompleksində "Novruz Bayramı" münasibətilə cüdo idman növü üzrə yoldaşlıq görüşü keçirilib.

Rekord.az xəbər verir ki, görüşdə Goranboy, Yevlax, Mingəçevir və Gəncə komandalarından 64 idmançı müxtəlif çəki dərəcələri üzrə iştirak ediblər.

Tədbirin məqsədi regionda cüdo idman növünə marağın artırıması, komandanın komplekləşdirilməsi və dostluq əlaqələrinin gücləndirilməsi olub.