Nkunku ərəblərin təklifini rədd etdi
- 16:02
- 30
“Milan”ın hücumçusu Kristofer Nkunku Səudiyyə Ərəbistanı klublarının maraq dairəsində olsa da, gələcəyini İtaliyada davam etdirmək niyyətindədir.
Rekord.az xəbər verir ki, fransalı forvard bir neçə təklif almasına baxmayaraq, onları rədd edib və hazırda Birləşmiş Ərəb Əmirliklərinə və ya Yaxın Şərqin digər ölkələrinə transfer olmaq niyyətində deyil. O, hazırda “Milan”ın heyətində çıxışını davam etdirmək istəyir.
Nkunkunun transfer qiyməti 32 milyon avro olaraq qiymətləndirilir. O, “qırmızı-qaralar”la müqaviləsininin müddətini 2030-cu ilin ortalarına qədər uzadıb.
28 yaşlı futbolçu cari mövsümdə “Milan”ın heyətində 14 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.