Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin sonuncu - 6-cı turunun Türkiyə "Başakşəhər"i ilə oyunu PSJ-nin hücumçusu Neymar üçün əlamətdar olub.

Rekord.az xəbər verir ki, braziliyalı futbolçu 5:1 hesabıyla qalib gəldikləri oyunda het-trikə imza atmaqla Fransa klubunun heyətində ÇL-də vurduğu qolların sayını 20-yə çatdırıb.

Bununla da o, iki fərqli komandada 20 və daha çox qol vurmuş oyunçu kimi ÇL-in tarixinə düşüb. 28 yaşlı forvard Paris klubundan öncə çıxış etdiyi İspaniya "Barselona"sında da 21 dəfə fərqlənmişdi.