Fransanın PSJ klubunda çıxış edən Neymar Braziliya millisindəki karyerasını başa vura bilər.

Rekord.az xəbər verir ki, 30 yaşlı hücumçu bu barədə Qətərdə keçirilən dünya çempionatında Xorvatiya yığmasına uduzduqları 1/4 final mərhələsinin oyunundan sonra açıqlamasında bildirib.

Təcrübəli forvard hazırda bu məsələ ilə bağlı danışmağın çətin olduğunu söyləyib: “Hazırda doğru düşünə bilmirəm. Milli komanda karyeramın bitdiyini deyə bilmərəm. Amma oynayacağıma da zəmanət verə bilmirəm”.

Xatırladaq ki, Braziliya yığması Xorvatiyaya penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb.