PSJ-nin futbolçusu Neymar haqqında səsləndirilən tənqidlərə münasibət bildirib.

Rekord.az xəbər verir ki, 30 yaşlı hücumçu öz Tvitter səhifəsində etdiyi paylaşımda yazıb:

“Mən təbqidlərə hazıram. Amma tamamilə boş-boş danışanlarla mübahisə etməyə hazır deyiləm. Mən artıq tənqidi qəbul etmirəm, çünki 13 yaşımdan tənqid olunuram. Çox uzun müddət susdum. Razı olmadığım şeylərdən danışsaq, yenə danışaram. İstədiyinizi deyə bilərsiniz, amma sonra eşitmək istəmədiyinizi dinləyəcəksiniz”.

Qeyd edək ki, 2017-ci ildən PSJ-də oynayan Neymar Braziliya millisinin də üzvüdür.