“Şaxtyor”un yarımmüdafiəçisi Dmitri Topalov "Neftçi"yə keçməyə razıdır.

Rekord.az-ın əldə etdiyi məlumata görə, o, həmyerlisi Yuri Vernidubla danışıb və hətta deyilənə görə, maaş məsələsində də razılığa gəliblər.

Sadəcə, problem 27 yaşlı futbolçunun müharibə səbəbindən ölkədən çıxa bilməməsidir. Topalov bu məsələdə "Neftçi" rəhbərliyinin Ukraynanın aidiyatı qurumları ilə danışıqlarına ümid edir.