Mövsümün ikinci hissəsinə Əbu-Dabidə hazırlaşacaq “Neftçi” təlim-məşq prosesi çərçivəsində 3 yoxlama oyununa çıxacaq.


Rekord.az xəbər verir ki, “ağ-qaralar”ın ilk görüşü “Kayrat”a (Qazaxıstan) qarşı olacaq.


Oyun yanvar 9-na planlaşdırılıb. Görüşün başlama saatı yerli vaxtla 19:00-a nəzərdə tutulub.


“Neftçi”nin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.


"Neftçi" sonuncu görüşlə Əbu-Dabi toplanışını başa vuracaq və yanvarın 17-də Azərbaycana qayıdacaq.