Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir. 


Rekord.az xəbər verir ki, turnirin favoritlərindən olan Misir millisi Beninlə qarşılaşıb. 


Görüşün iştirakçıları arasında “Neftçi”nin yarımmüdafiəçisi Sessi DAlmeyda da olub. Benin yığmasının start heyətində yer alan yarımmüdafiəçi 77-ci dəqiqədə əvəzlənib. “Sumqayıt”dan Benin millisinə dəvət alan Abdul Raşid Mumini isə cəzalı olduğu üçün görüşü kənardan izləyib.


Görüşün əsas vaxtında qalib aşkarlanmayıb - 1:1. Əlavə vaxtda daha üstün olan Misir 1/4 finala adlayıb – 3:1. 


Bununla da Benin millisi qitə kubokunda çıxışını başa vurub. Misir isə 1/4 finalda Nigeriya yığması ilə üz-üzə gələcək. Sözügedən komanda 1/8 finalda Mozambik millisini 4:0 hesabıyla məğlub edib.