"Neftçi" klubunun sabiq futbolçusu Eşqin İsmayılov Region Liqasında oynayacaq.


Rekord.az xəbər verir ki, "Göyəzən" 29 yaşlı müdafiəçinin keçidini açıqlayıb.


Oyunçu ilə 1 illik müqavilə imzalanıb.


Qeyd edək ki, Eşqin İsmayılov karyerası ərzində "Turan Tovuz", "Neftçi" və AZAL klublarının şərəfini qoruyub.