
“Neftçi”nin rəqibi Bakıya ciddi itki ilə gəlir
- 26 İyl 2022 16:15
- 451
Kiprin “Aris” (Limassol) klubunun yarımmüdafiəçisi Matiya Şpolyariç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Neftçi” ilə cavab oyununu buraxacaq.
Rekord.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb.
Əzələsində problem yaranan futbolçu komanda ilə Bakıya gəlməyəcək.
“Neftçi” – “Aris” matçı iyulun 28-də “Bakcell Arena”da keçiriləcək. İlk oyunda “ağ-qaralar” 0:2 hesabıyla məğlub olub.