“Neftçi” qış təlim-məşq toplanışını ölkə daxilində keçirəcək.

Rekord.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Samir Abasov "Neftçi TV"yə açıqlamasında deyib.

42 yaşlı mütəxəssis bildirib ki, hazırlıq prosesi Bakıda olacaq:

“Artıq məsələ 80-90 faiz dəqiqləşib. Ölkə xaricinə çıxmaq düzgün olmaz. Çünki koronavirus təhlükəsi var. Orada nəsə olsa, vəziyyət daha da gərginləşəcək. Sadəcə, toplanışın vaxtı dəqiqləşməlidir".