Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Gənclər Liqasının “Neftçi” PFK – “Qəbələ” İK oyununda “Neftçi”nin məşqçisi Elmir Hüseynov qarşılaşmanın 86-cı dəqiqəsində texniki zonada dördüncü hakimə fiziki təzyiq göstərdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5-i şərti olmaqla 10 oyun cəzalandırılıb. Sınaq müddəti 6 ay təyin edilib. 

Gənclər Liqasının “Səbail” FK – “Neftçi” PFK oyununda “Neftçi”nin futbolçusu Fərid Səfərli təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb.

U-15 Liqasının “Vətən” – “Səbail” FK oyununda “Vətən”in futbolçusu Sadiq Tağızadə komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.

U-15 Liqasının “Şimal Elit” – “Qəbələ” İK oyununda “Qəbələ”nin futbolçusu Hüseyn Xasməmmədli qarşılaşma bitdikdən sonra hakimə qarşı qeyri etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb.