"Məşq Mərkəzində işlər davam edir. Ən çox diqqət uşaq akademiyasına ayrılıb".

Rekord.az xəbər verir ki, bunu "Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov deyib.

Klub rəsmisi işlərin sürətlə getdiyini söyləyib: "Diqqətimiz oradadır. 6-7 ay ərzində həmin binanın işləri tamamlanacaq.

Orada işlər çoxdur. Hər dəfə yeni ideyalar gəlir, planlar dəyişir".