
"Neftçi"nin matçına maraq yoxdur, yoxsa inam?
- 26 İyl 2022 13:00
- 772
Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Neftçi” – “Aris” (Limassol) arasında keçirilək cavab oyununun biletləri “Bakcell Arena” stadionunun kassalarında satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3B) və 10 (VİP, 3A) AZN təşkil edir.
Biletlərin onlayn satışı isə “Iticket.az”da davam edir. Lakin təəssüflə qeyd edək ki, bilet satışı çox zəif gedir. Bu da onu deməyə əsas verir ki, azarkeşlər ya, bu oyuna maraq göstərmir, ya da "Neftçi"yə inanmır. Hər halda, "Bakcel Arena"ya baş çəkən və bilet satışı ilə maraqlanan əməkdaşımızın topladığı məlumata əsasən dünən gecəyə qədər təxminən 2 minə yaxın bilet satılıb. Etiraf edək ki, 11 minlik stadion üçün çox aşağı göstəricidir. Hər halda, ümid edək ki, sabah, oyun saatına kimi satışda nəzərəçarpacaq artım olacaq və "Neftçi" vacib matç öncəsi dəstəksiz qalmayacaq.
Qeyd edək ki, iyulun 28-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Aris” oyunu saat 21.00-da başlanacaq.