
“Neftçi”nin legionerinə milli dəvət
- 06 Noy 2022 13:44
- 433
“Neftçi”nin hücumçusu Yeqor Boqomolski Belarus milli komandasına dəvət olunub.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu noyabrın 13-dən 21-nə kimi BƏƏ-də keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.
Belarus millisi toplanış çərçivəsində noyabrın 17-də Suriya, 20-də isə Oman yığmaları ilə qarşılaşacaq.
Boqomolski Belarus milli komandasının heyətində 4 oyun keçirib.