Futbol üzrə Konqo yığmasının noyabrın 12-də Afrika Millətlər Kubokunda Esvatini seçməsi ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb.

Rekord.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Valdo Filyo 27 futbolçuya dəvət göndərib.

Braziliyalı mütəxəssisin yığmaya çağırdığı oyunçular arasında "Neftçi"nin hücumçusu Prins İbara da var.

Filyo millinin bundan əvvəlki toplanışında koronavirusa yoluxan və bu yaxınlarda sağalan 24 yaşlı forvarda yenidən etimad göstərib.

Qeyd edək ki, müqavilə ilə Belçikanın "Birşot” klubuna məxsus Prins İbara "Neftçi"də cari mövsümün sonunadək icarə əsasında çıxış edəcək.