AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilib.


“Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyununun 45-ci dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 33 nömrəli futbolçusu Elmir Cəfərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Araz-Naxçıvan-2” komandası 50 manat cərimə edilib.


“Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Araz-Naxçıvan-2” komandası 150 manat cərimə edilib.


“Zirə-2” – “Şamaxı-2” oyununda “Şamaxı-2” komandası tərəfindən Əsasnamənin 3-cü maddəsinin 26-cı bəndinin tələbi pozulduğuna görə “Şamaxı-2” komandası 100 manat cərimə edilib.


“Neftçi-2” – “Sabah-2” oyununun 54-cü dəqiqəsində “Neftçi-2” komandasının 87 nömrəli futbolçusu Vüsal Kərimov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Neftçi-2” komandası 100 manat cərimə edilib.