"Neftçi"nin futbolçusu Sessi Dalmeyda Afrika Millətlər Kubokunda mübarizə aparacaq Benin milli komandasına dəvət olunub.


Rekord.az xəbər verir ki, D qrupunda yer alan Benin millisi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.


Qeyd edək ki, Afrika Millətlər Kuboku dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək.