
"Neftçi"nin futbolçusu Makedoniya klubunda
- 08 Fev 2022 13:18
- 566
"Neftçi"nin yarımmüdafiəçisi Nazim Məmmədzadə karyerasını Şimali Makedoniyada davam etdirəcək.
Rekord.az xəbər verir ki, "Renova"da baxışda olan 21 yaşlı yarımmüdafiəçi məşqçilər heyəti tərəfindən bəyənilib.
Onunla bu mövsüm sonuna qədər müqavilə imzalanıb.
Hazırda "Renova" Şimali Makedoniya çempionatında 18 turdan sonra 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, N.Məmmədzadə Bakı klubunun əvəzedici heyətində oynayıb.