Müəyyən müddətli fasilədən sonra "Neftçi"nin bazasında işlər bərpa olunmuşdu. Hətta bu ilin yayına kimi, tikintinin yekunlaşacağı gözlənilirdi.

Lakin Rekord.az xəbər verir ki, işlər yenidən yarımçıq dayandırılıb.

Səbəb isə maliyyə ilə bağlıdır. Belə ki, SOCAR işlərin davamı üçün əlavə maliyyə vəsaiti ayırmalıdır. Həmin vəsait isə hələlik ayrılmayıb. Bu gedişlə işlərin ilin sonuna kimi uzanacağı ehtimal olunur.