
“Neftçi”dən yetirməsi ilə 3 illik müqavilə
- 25 May 2021 17:45
- 626
“Neftçi” futbol klubu yetirməsi Ömər Buludovla müqavilənin müddətini artırıb.
Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Yeni müqaviləyə əsasən, sağ cinah müdafiəçisi 2024-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.
Qeyd edək ki, 22 yaşlı futbolçu 2017/18 mövsümündən “Neftçi”nin heyətində 74 rəsmi oyunda meydana çıxıb, 3 qola imza atıb.