“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin pasportu alıb.

Rekord.az xəbər verir ki, 28 yaşlı İsrail əsilli futbolçu bundan sonra Fələstin milli komandasının formasını geyinəcək.

Millinin İordaniyada təşkil olunacaq təlim-məşq toplanışına dəvət alan Caber iyunun 14-də İndoneziya, 20-də isə Çin yığmaları ilə yoldaşlıq oyunlarında iştirak edə bilər.

Xatırladaq ki, əvvəllər İsrailin U-21 millisinin şərəfini qorumuş Ataa Caber bu komandanın kapitanı da olub.

“Neftçi” PFK-nın müdafiəçisi Solomon Kvirkveliya da Gürcüstan milli komandasına dəvət olunub.

31 yaşlı futbolçu AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də Kipr, 20-də isə Şotlandiya ilə keçiriləcək səfər matçlarına çağırılıb.

Kvirkveliya Gürcüstan milli komandasının heyətində 48 oyunda meydana çıxıb.