"Neftçi" futbolçuları ilə klub rəhbərliyi arasında narazılıq yaranıb.

Rekord.az-a daxil olan məlumata görə komandanın avrokuboklarda uğurlu çıxış edə bilməməsində bu narazılığın da rolu var.

İş ondadır kii, komanda çempion olsa da çempionluq üçün vəd olunan mükafat hələ də tam ödənməyib. Rəhbərlik məbləğin bir hissəsini ödəsə də qalan hissəno hələ də ödəməyib. Bu isə haqlı olaraq, futbolçuların narazılığına səbəb olub. Rəhbərlik də çıxılmaz vəziyyətdədir. Çünki onlar da gözünü SOCAR-a dikib. SOCAR isə hələlik vəsait ödənişi haqda düşünmür.

Maraq üçün deyək ki, "Neftçi"nin əvəzedici komandası da çempionluq üçün vəd olunan 10 min amnatlıq mükafatını hələ almayıb.