"Neftçi"nin son turda qələbə qazanması və qış fasiləsinə lider kimi yollanması komandada əməlli-başlı ruh yüksəkliyi yaradıb.

Rekord.az-a daxil olan məlumata görə, rəhbərlik də "səxavət kisəsi"nin ağzını açıb.

Qələbəyə görə tək futbolçular və məşqçilər mükafat almayacaq. Rəhbərlik eyni zamanda klubda çalışan bütün texniki işçilərə, o cümlədən klubun mühafizəiçərinə də Yeni il qabağı mükafat verməyi lazım bilib.