“Neftçi” Vernidubun debütündə qələbəni əldən verdi
- 15 Dek 2025 21:00
- 40
Bu gün Misli Premyer Liqasında 15-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə də 2 oyun baş tutub.
“İmişli” “Karvan-Yevlax”ı qəbul edib. Qubada keçirilən oyunu Kamranbəy Rəhimov idarə edib. Bu görüşdə qalib müəyyənləşməyib.
Son oyun isə “Neftçi” ilə “Sumqayıt” arasında keçirilib. Bu oyun paytaxt klubunun yeni baş məşqçisi Yuri Vernidub üçün debüt xarakteri daşıyırdı. Dörd qolluq bu görüş də bərabərliklə yekunlaşıb.
Daha öncə keçirilmiş oyunlarda “Şamaxı” “Zirə”yə (2:1), “Kəpəz” “Qəbələ”yə (1:0), “Qarabağ” isə “Araz-Naxçıvan”a (5:1) qalib gəlib, “Turan Tovuz” isə “Sabah”a (1:3) uduzub.
Misli Premyer Liqası
15-ci tur
15 dekabr
“İmişli” – “Karvan-Yevlax” 1:1
Qollar: Dioqo Almeyda, 29 - Vadim Abdullayev, 39.
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
Quba OİK stadionu, 14:00.
İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 44. Həzrət İsayev, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Xorxe Kaskilya.
Karvan-Yevlax: 99. Pedro Mateus, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 14. Uğur Cahangirov, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 3. Said İranxan, 8. Peter Kinqs, 10. Samuel Durrant, 21. İmani Barker.
Məşqçi: Füzuli Məmmədov.
“Neftçi” – “Sumqayıt” 2:2
Qollar: İmad Faraj, 34. Bassala Sambu, 49 - Nsane Simon, 74. Səbuhi Abdullazadə, 81.
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
“Palms Sports Arena”, 19:00.
Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 27. Kristian Kostin, 11. İmad Faraj, 10. Freddi Varqas, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 77. Falaye Sako, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.
Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 6. Rauf Rüstəmli, 19. Roi Kehat, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 95. Nsane Simon.
Məşqçi: Şahin Abdullayev.