
“Neftçi” – “Qəbələ” matçına giriş pulsuz olacaq
- 15 Avq 2021 14:40
- 573
Futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində bu gün saat 20:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Qəbələ” matçına giriş biletsiz olacaq.
Rekord.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb. Azarkeşlərin tribunalara buraxılması ilə bağlı qərar gec verildiyinə görə bu matça bilet satışı həyata keçirilməyəcək.