“Neftçi” mövsümdə ikinci məğlubiyyətinə üzüldü
- 06 Dek 2023 22:58
- 301
“Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 7-ci turunun açılış oyunu baş tutub.
Rekord.az xəbər verir ki, "Neftçi" və "NTD-İndiqo" klubları arasında keçirilmiş oyuna qonaqlar fəal başlayıblar.
Üstünlüyünü oyunun sonuna qədər davam etdirən "NTD-İndiqo" yekunda 93-71 hesablı qazanıb. Ən məhsuldar basketbolçular "Neftçi"də Toraje Breyk (23 xal, 4 asist), "NTD-İndiqo"da isə Cared Smol (38 xal, 8 ribaund) olublar.