
"Neftçi" kubokda yarımfinala çıxmasaydı, Regekampf gedəcəkdi"
- 07 Yan 2023 16:32
- 437
Rumıniya mətbuatı "Neftçi"nin baş məşqçisi Lautentsiu Regekampfın "Universitatya Krayova"ya keçidinin baş tutmamasının səbəbi haqda yazıb.
Rekord.az xəbər verir ki, "ProSport" portalının məlumatına görə, mütəxəssislə Rumıniya klubu arasında danışıqlar inkişaf mərhələsində olub. Bildirilib ki, "Neftçi" Azərbaycan kubokunda yarımfinala vəsiqə qazanmasaydı, məşqçi yenidən "Universitatya Krayova"ya qayıdacaqdı. Ancaq Bakı təmsilçisi yarımfinala yüksəldiyi üçün Regekampf "Neftçi"də qalıb.
Qeyd edək ki, Krayova təmsilçisi baş məşqçi vəzifəsi üçün Eugen Neagoe ilə 1 il yarımlıq müqavilə imzalayıb.
Xatırladaq ki, dekabrda "Neftçi" cavab oyununda "Zirə"yə 3:1 hesabı ilə qalib gələrək Azərbaycan kubokunda yarımfinala yüksəlib.