
“Neftçi” ilə “Qarabağ”ın futbolçusu millinin heyətindən çıxarıldı
- 19 Dek 2022 18:00
- 451
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
Rekord.az AFFA-ya istinadən xəbər verir ki, “Neftçi”nin üzvü Həsən Mahmudov və “Qarabağ”ın oyunçusu Əfsun Salmanov zədə səbəbindən heyətdən çıxarılıb.
Onların əvəzinə “Qəbələ”dən Murad Əbilov və Raul Babayev hazırlıq prosesinə qoşulub.