
"Neftçi" bu futbolçularla bağlı qərarı yanvarda verəcək
- 14 Okt 2021 15:00
- 765
Cari mövsüm "Neftçi"də özlərini doğurultmayan Harramizlə Mbocun klubdan ayrılacağı gözlənilir.
Rekord.az xəbər verir ki, baş məşqçi Samir Abasov sözügedən futbolçulara o qədər də inanmır.
Odur ki, bu futbolçuların göndərilməsini istəyir. Lakin rəhbərliyin məsləhəti ilə, yanvara qədər onlara yenidən şans verəcək. Yanvarda isə hər iki futbolçu ilə bağlı yekun qərar veriləcək.