"Neftçi"nin "Minsk"dən heyətinə qatdığı Yeqor Boqomolski ilə bağlı yeni iddia ortaya çıxıb.

Rekord.az xəbər verir ki, bu, "ağ-qaralar"ın belaruslu forvard üçün nə qədər xərcə düşdüyü haqdadır.

Belə ki, Almaniyanın məşhur “transfermarkt” portalı “ağ-qaralar”ın “Minsk”ə 100 min avro ödədəyini açıqlayıb.

Bakılılar 22 yaşlı forvardla 2 illik müqavilə imzalayıb.

Yeqor Boqomolski Belarusun “Dinamo Minsk” (2019), “Dinamo Brest” (2019-2020), “Rux” (2020-2021) və “Minsk” (2021-2022) klublarında çıxış edib,

2019-cu ildə “Dinamo Brest”in heyətində ölkə çempionu olub. Belarusun U-21 yığmasında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2 oyun keçirib.