Azərcaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti, Rövşən Nəcəf cənablarına!

“Neftçi” PFK-nın sadiq , qocaman, ortaı, gənc nəsil təssüfkeş azarkeşləri, “Neftçi” adı ilə alışıb yanan çox saylı təfdarları tərəfindən

               MÜRACİƏT

Hörmətli Rövşən müəllim! İlk öncə, Sizi Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti vəzifəsinə təyin olunmağınız münasibəti ilə Təbrik edirik!  Sizə bu şərəfli və məsuliyyətli vəzifədə ancaq və ancaq uğurlar diləyirik.

Hörmətli Rövşən müəllim! Biz “Neftçi”PFK-nın azarkeşləri arasında, by klubla nəfəs alan 10-20-30-40-50-60- illik stajları olan sadiq tərəfdarları vardır.  Bizim hamımız 85 illik qocaman dogma klubumuzun  çempionatda yenidən çempionluqlarını, avropa liqalarında qruplarda  çəxış etməyini istəyirik. Rəhbərlik etdiyiniz “SOKAR” şirkəti  “Neftçi”mizin daima baş sponsorudur və davamlı, sabit olaraq maliyələşir.  “Neftçi” azarkeşləri arasında 100 minlərlə ölkəmizin müxtəlif təbəqələrinin nünayəndələri vardır. Həkimlər, müəllimlər, alimlər,bəstəkarlar, professorlar, fəhlələlər, tələbələr, mühəndislər eləcə də dənizdə və quruda gecə-gündüz çalışan qəhrəman neftçilərimiz, eləcə də əziz neftçilərlə yanaşı paytaxtımız Bakıdan savayı, bölgələrimizdə ata-babalarımızdan bizlərə miras qalan “Neftçi”nin çox saylı azarkeşləri vardır.

Hörmətli Rövşən müəllim, çox əfsuslar olsun ki, dogma neftçilərimizin min əziyyətlə əməyi sayəsində dövlət büdcəsindən maliyələşən, daimi dövlət qayğısı görən və dövlət tətəfindən xalqa ərmağan olan azərbaycan futbolunun ən yaşlı klubu, böyük  “Neftçi”miz səriştəsiz idarəçilər tərəfindən ildən-ilə kiçildilir. Bu biz azarkeşlərərin ürəyini ağrıdır, parçalayır. 2015 ci ildən üzü bəri qeyri-peşəkar klub idarəçilərinin, qeyri-peşəkar idarəçiliyi nəticəsində “ Neftçi getdikcə iddialı rəqiblər qarşısında məhəllə komandasına çevrilir. Bu illər ərzində klubda Müşahidə Şurasının yaradılması ilə birgə neçə rəhbər, president, vitse-prezident, icraçı idaman direktorları, xarici, yerli baş məşqşilər dəyişdirilib və istədiyimiz nəticələr qazanılmyıb. 7 il ərzində  “Neftçi” kimi böyük bir klubda 9 məşqçi dəyişib , göründüyü kimi problem məşqçi problemi olmayıb, problem, kubu idarə edənlərin “Neftçi” yükünü çəkə bilməmələri olub. Bu cür idarəçilər hər dəfə biz azarkeşlərə daima  yalançı vədlər, ümidlər verərək başımızı aldadıblar, növbəliklə  bir-birini əvəzləyiblər. Klubda transfer siyasəti ürək açan deyil, səviyyəsiz əcnəbi transferlər edili. Çemoinatmızda çıxış edən, digər klubların, bizim klubdan da aşağı büdcələri olmalarına baxmayaraq transferləri daha keyfiyyətli , daha səviyyəli olur. 2015-ci ildən üzü bəri,  10 milyonlarla xarici valyuta sərf edilərək 80 nəfərə yaxın legioner və yerli futbolçular transfer edilib. Bu futbolçulardan da,  80-90 faizi 6 ay, və ya bir ildən sonara yola salınıb. Göstərilən nəticələr biz azarkeşləri sarsıdır. Əgər araşdırılmalar aparılsa, idarəçiklikdə olan ciddi nöqsanlar aydın olar. Həmin futbolçuların adları və soyadları bunlardır.

  1. Mateo Mujek
  2. Mixay Peskoviya
  3. Boyan baykoviç
  4. Fransisko Qarsiya
  5. Jayro Rodriqes
  6. Aylton Silva
  7. Xuan Alberto Melli
  8. Antoniyo Anyete
  9. Denilson Pereyra
  10. Katalin Tira
  11. Dariyo Melnyak
  12. Jonas Pessalli
  13. İqnasio Herrera
  14. Lukas Qomes
  15. Mayk kampas
  16. Kvame Karikari
  17. Xorxe Korrea
  18. Edson Kastilyo
  19. Prins İbara
  20. Harramiz Suares
  21. Saman Nərimancahan
  22. Uqo barqas
  23. Slavko Braliç
  24. Daniyel Seqovuya
  25. Canluko Sansone
  26. Pavel Dreksa
  27. Qoran Paratski
  28. Kirillo Petrov
  29. Zdonek Folperxt
  30. Vanqellis Platellas
  31. Bruno Telusi
  32. RUslan Qurbanov (Rusiya)
  33. Baqali Dabo
  34. Stiven Monroz
  35. Rener De Souza
  36. Huqo Basto
  37. Kresvan Santini
  38. Dario Frederiko
  39. Mamadu Kane
  40. Mamadu Mbodj
  41. Keysuke Honda
  42. Voislav Stankoviç
  43. Roman Bask
  44. Ramon Maçado
  45. Tiaqo Bezzera
  46. Əhməd Əhmədov (Bolqarstan)
  47. Mert Çelik
  48. Petru Raku
  49. Derlis Meza Kolli
  50. Vanke Şivkov
  51. Sezar Meza Kolli
  52. Qiorqiy Navalovski
  53. Tallison Dias
  54. Sabir Buqrin
  55. Yusuf Laval
  56. İvan Brkıç
  57. Vato Arveladze
  58. Solomon Kvirkeliya
  59. Azər Əliyev (Rusiya)
  60. Qadsveq Donyo
  61. Donald Qerye
  62. Soni Mustivar
  63. Yeqor Boqomolskiy
  64. Anaa Caaber
  65. Kenni Sayef
  66. Qilyermo Pato
  67. Səlahət Ağayev
  68. Rəhman Hacıyev
  69. Məhəmməd Mirzəbəyov
  70. İlkin Qırtımov
  71. Tərzin Cahangirov
  72. Xəyal Nəcəfov
  73. Azər salahlı
  74. Məhəmməd Qurbanov
  75. Aqil Məmmədov
  76. Eddi İsrafilov

 

Hal-Hazırda bu transferlərdən 16 nəfər klubda qalıb, onların da yarısı səviyyələrinə görə ehtiyyatda qalırlar. Ümumiyyətlə siyahıda olan transferlərin çoxu transfer adına transfer və başqa məqsədlər xatirinə olunub. Dövlət Neft Şirkətinin sponsorluğu, istənilən idman növündə çalışan idmançılar üçün, onların azrkeşləri və tərəfdarları üçün böyük şansdır. Biz “Neftçi” azarkeşləri də, Sizin rəhbərlik etdiyiniz şirkətin klubumuza himayədarlıq etməsini çox məmnunluqla qarşılayırıq. Ancaq, transferlərə sərf edilən vəsaitlərə azından iki səviyyəli komanda yaratmaq olardı. Siyahıda olan futbolçular arasında elə futbolçular olub ki, klubda olduqları müddətdə cəmi 20-40 50 dəqiqə olublar. Ayrılan vəsait, səriştəsiz klub idarəçiləri tərəfundən göyə sovrulub.

Hörmətli Rövşən müəllim, biz “Neftçi” azarkeşlərini klubumuzun qeyri-peşəkar idarərəçiliyi, komandanın adına layiq çıxış etməməsi çox narahat edir. Bununla əlaqədar biz stajlı azarkeşlər, sentyabr ayinda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev müraciət etmişik və klub rəhbərliyində olan qeyri-peşəkarlıq , transfer siyasətiniin kor-təbii aparılması, sərf edilən vəsaitlərin müqabilində səviyyəsiz futbolçuların alınması və digər problemlərlə bağlı fikirlərimizi çatdırmışıq və futbola, idmana həmişə qayğı ilə yanaşan Olkə Başçısının “Nefnçi”mizə biganə qalmayacağına inanırıq.

Hörmətli Rövşən müəllim! “Neftçi” azarkeşləri artıq sosial şəbəkələrdə, “Neftçi”nin rəsmi səhifəsində, fanat-admin səhifələrində kütləvi olaraq klub rəhbərliyini istefasını tələb edir, tribunalarda “Qaytarın “Neftçi”nin keçmiş illərini” şüarları səsləndirilir. Digər klublar qarşısında “Nefnçi” kimi tarixi olan bir klubun, bu cür sponsoru olan komandanın aciz olması, biz azarkeşləri hiddətləndirir və vaxt qane edə bilməz. Biz “Nefnçi”nin ancaq uğurlarına alışmışıq. 2012-2015 –ci illər aralığında, klubumuz müstəqil futbol tariximizin ən güclü  “Neftçi”si idi. 3 dəfə ardıcıl çempionluğu, 2 dəfə ardıcıl ölkə kubokuna sahib olmaqla Azərbaycanda futbol tarixində ilk dəfə UEFA Avropa liqası qrupuna vəsiqə qazanıldı. Biz azarkeşlər ən azından bu səviyyədə “Neftçi” istəyirik və azarkeşlər bunu haqq edir. “Neftçi” səriştəsiz idarəçilikdə nə hala salınıb ki, biz azarkeşlər ümidlə komandamızın keçmiş illərini arzulayırıq, o illərin nəticələri ilə təsəlli tapırıq.

Hörmətli Rövşən müəllim! 2014/2015-ci il mövsümündən “Nefnçi”nin qara günləri başlayıb. Avropada biabırçı çıxışlar, 8 ildə bir çempionluq. Necə oldu ki, “Qarabağ” eyni idarə heyətinə, məşqçilərə uzun illər şans verdi və nəticələrini gördü. “Neftçi”nin ən əzəmətli illəri kimlərəsə sərf etmədi. Döğma klubumuz illərdi AFFA-dan göndərilən rəhbərlərlə məqsədli şəkildə idarə edilir. “Nefnçi”nin belə idarəşiliyi baş sponsor SOKAR-ın da imicinə zərbə vurmaqdadır. Səriştəsiz idarəçilər bilərəkdən öz günahlarını, pul vermirlər, büdcə azldılır adıyla şirkət rəhbərləyinə yönəldir, narazılıq yaradırlar.

Hörmətli Rövşən müəllim! Biz azarkeşlər üçün fərq eləməz, “Nefnçi” idarəçiliyi kimə həvalə edilir. 100 minlərlə “Nefnçi” azarkeşlərinə klubumuzun qazanacağı nəticələri önəmlidir. Sizin birbaşa nəzarətinizlə “Nefnçi”nin, futbola bağlı ,futbolu bilən, futbol fəlsəfəsi, liderliyi bacaran şəxslərə tapşırılmasına böyük ehtiyacı var. “Neftçi” ruhlu , klubda uğurlar əldə edə biləcəyinə inamı, güvəni olan insanların idarəçiliyə gətirilməsi üçün, Sizə, bu yolda “Nefnçi”mizi qeyri-peşəkar rəhbərlərdən xillas edilməsi ilə bağlı, bizlərin, çox saylı azarkeşlərin müraciətində ürək ağrılarımıza, dərdlərmizə şərik olaraq, Sizin, birbaşa səlahiyyətlərinizə aid olan, Sokardan maliyələşən, lakin AFFA tərəfindən tanışlıqla kluba təyin olunmuş, illərdir ki, klubu rəazlətə aparan rəhbərlərin əllərindən qurtulmasına dair müvafiq tədbirlər görəcəyinizə  ümid edirik, buna görə də əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk.

“Nefnçi” PFK-nın çox saylı azarkeşləri adından:

  1. Elxan Xəlilov
  2. Taleh Həsənov
  3. Elşad Yusubov
  4. Fazil Dadaşov
  5. Müşfiq Məcidli
  6. İlfa Əliyev
  7. Rauf salayev
  8. Ramin Həmidzadə
  9. Elnur Əhmədov
  10. Elnur Quliyev
  11. Şahin Talıblı
  12. Rövşən Bayramov
  13. Ədalət Məmmədli
  14. Rasim Məlikov
  15. Ənvər İbrahimov
  16. Əkbər Səmədli
  17. Esraf Kərimov
  18. Ramin Qəhrəmanov
  19. Ceyhun Əli oğlu Xəlilov
  20. Xəqani Əliyev
  21. Ömər Bayramov
  22. Araz Cəfərli
  23. Oqtay Quliyev
  24. Fazil Tağıyev
  25. Elinaği Bakili
  26. Kamal Səmədzadə.