AFFA İntizam Komitəsi "Neftçi" klubunu 5600 manat məbləğində cərimələyib.

Rekord.az xəbər verir ki, "ağ-qaralar" "Qəbələ"yə uduzduqları Azərbaycan Kubokunun final oyununda yaşananlara görə ziyana düşüb.

Paytaxt təmsilçisi görüş başa çatdıqdan sonra azarkeşlərin meydana kənar əşyalar atması ucbatından 1600, fanatların kütləvi şəkildə təhqiramiz ifadələr işlədilməsinə görə isə 4000 manat ödəyəcək.