20 iyul 2023-cü il tarixdə Neftçala rayon Bankə qəsəbəsinin idman meydançasında Yunan-Roma güləş idman növü üzrə ustad dərsləri keçirilib.

Rekord.az xəbər verir ki, dərslər Fəxri bədən tərbiyəsi və idman işçisi, məşqçi-müəllim Qubadov Bahadır tərəfindən nümayiş olunub.

Ümumilikdə 28 nəfər yeniyetmə və gənclərin iştirakı ilə keçirilən tədbirdə məşqçi-müəllim iştirakçılara bu idman növünə olan marağın artmasından danışaraq, praktiki olaraq müxtəlif texniki fəndlər göstərib. Sonda cütlüklər arasında yarışlar keçirilib. Nümunəvi çıxışlar və cütlüklər arasında keçirilən yarışlarda əsas məqsəd yunan roma güləş idman növünün təbliği, texniki və taktiki hazırlıqların yüksəldilməsi, sağlam həyat tərzinin çagırışından ibarət olub.