"İdman həftəsi" çərçivəsində 02 mart 2023-cü il tarixdə Əlif Piriyev adına Neftçala şəhər 2 nö­mrəli tam orta məktə­bdə sərbəst güləş idman növü üzrə ustad dərsləri təşkil ediləcək.

Rekord.az xəbər verir ki, dərslər sərbəst güləş idman növü üzrə bir çox respublika və dünya səviyyəli turnirlərin qalibi, Avropa üçüncüsü olmuş idmançı, hazırda Neftçala rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəbində sərbəst güləş üzrə məşqçi-müəllim vəzifəsində çalışan, gələcəyin idmançılarını yetişdirən Fərrux Ələkbərov tərəfindən keçiriləcək.