
Neftçalada şahmat idman növü üzrə blits turnir keçirilib.
- 07 Mar 2023 14:00
- 445
5 mart "Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar şahmat idman növü üzrə blits (sürətli oyun) turniri keçirilib.
Rekord.az xəbər verir ki, təşkilatçı qurum rəhbərləri Araz Əhmədov və Aqşin Hüseynli açılış nitqi ilə çıxış edərək, iştirakçılara ölkəmizdə və Neftçalada idman sahəsinə və idmançılara göstərilən diqqət, “İdman həftəsi” çərçivəsində keçirilən tədbirlər və idmanın əhəmiyyəti barədə məlumat veriblər.
41 nəfər şagirdin qatıldığı şahmat turnirində müxtəlif yaş qrupları üzrə və ilk 3 yerə layiq görülən idmançılar müvafiq diplomla təltif olunub.
Qeyd edək ki, turnir Neftçala rayon Gənclər və İdman İdarəsi ilə Şirvan-Salyan Regional Təhsil İdarəsi Neftçala Təhsil sektorunun nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilib.