Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə RİH Başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri arasında "Heydər Əliyev İli" çərçivəsində Azərbaycan xalqının Milli Qurtuluş Gününə həsr olunan futbol idman növü üzrə rayon birinciliyinə start verilib.

Rekord.az xəbər verir ki, ilk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

Daha sonra birinciliyə start verilib. İlk turun nəticələrini sizə təqdim edirik:

Neftçala FK - Xıllı FK 3:0

Bankə FK - Həsənabad FK 3:0

Qeyd edək ki, rayon birinciliyi qrup, play off, yarımfinal və final oyunları daxil olmaqla 24 iyun tarixinədək davam edəcək.