"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovun yenidən Azərbaycan çempionatına qayıtmaq şansı olub.

Rekord.az saytına daxil olan məlumata görə, sən demə, ötən bu futbolçu ilə "Neftçi" arasında danışıqlar olub.

Samir Abasovun dönəmində Ndlova təklif göndərilib, ilkin danışıqlar da olub. Lakin son anda tərəflər maliyyə məsələsində razılığa gələ bilməyiblər. Belə ki, futbolçu "Neftçi" rəhbərliyinin təklif etdiyindən cüzi artıq maaş tələb edib. "Neftçi" rəhbərliyi isə futbolçunun istəyini qəbul etməyib və təklif olunan məbləğin artırılmayacağını bidirib. Nəticədə keçid baş tutmayıb.