
Nazirdən növbəti anons: "Futbolda islhatlar olmalıdır"
- 22 Dek 2022 18:00
- 414
Gənclər və idman naziri Fərid Qayıbov ictimaiyyətə maraqlı açıqlamalar verib.
Rekord.az xəbər verir ki, o, növbəti dəfə ölkə futbolunun mövcud durumuna münasibət bildirib, narazılığını, eyni zamanda, narahatlığını ifadə edib.
Nazir deyib ki, əsas problem Azərbaycan çempionatındakı klubların sayının azlığıdır:
“Azərbaycan futbolunda güclü islahatlar lazımdır. Şəxsən mən düşünürəm ki, ölkə çempionatında klubların sayı çox olmalıdır. Hər bir idman növünə, təkcə futbol deyil, bu gün voleybola, həndbola və digər komanda idman növlərinə baxsaq, klublar çox olmasa, inkişaf etməsə, milli komanda oyunçu ilə təmin oluna bilməz. Bu gün klubların sayının az olması bu prosesdə bizə əsas mane olan səbəblərdən biridir. Doğrudur, futbol federasiyası çempionat iştirakçılarının sayını iki klub artırdı, birinci divizionda müəyyən dəyişikliklər oldu. Yenə də bu sahədə köklü dəyişikliklər lazımdır”.
Fərid Qayıbov 2 ilə yaxındır nazirdir. Onun təyinatından sonra etdiyi ilk səfər AFFA-ya olub.