Ali təhsil müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş XV Respublika Universiadası keçirilib.

Rekord.az xəbər verir ki, universiada çərçivəsində keçirilən sərbəst güləş yarışında Naxçıvan Güləş Federasiyasının iki idmançısı iştirak edib.

İqtisad Universitetinin tələbələri olan güləşçilərimiz Şulan Əhmədov 125 kq, Seymur Qasımov isə 61 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək universiadanın qızıl medalına sahib çıxıblar.

Ali təhsil müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş XV Respublika Universiadası keçirilib. Universiada çərçivəsində keçirilən sərbəst güləş yarışında Naxçıvan Güləş Federasiyasının iki idmançısı iştirak edib. İqtisad Universitetinin tələbələri olan güləşçilərimiz Şulan Əhmədov 125 kq, Seymur Qasımov isə 61 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək universiadanın qızıl medalına sahib çıxıblar.