
Naxçıvanda Region Liqasının püşkü atıldı
- 27 Okt 2022 17:00
- 396
AFFA Region Liqasının Naxçıvan Muxtar Respublika üzrə püşkatma mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, AFFA Region Liqası Naxçıvan zonası üzrə 8 komandanın iştirakı ilə 2 dövrədən ibarət dairəvi sistemlə təşkil olunacaq.
1-ci turun təqvimini diqqətinizə çatdırırıq:
“Dübəndi” (Ordubad) – “Kəngərli”
“Babək” – “Sədərək”
“Naxçıvan Müəllimlər İnstitutu” – “Arpaçay” (Şərur)
“Batabat” (Şahbuz) – “Əlincə” (Culfa)