“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə ümumtəhsil məktəblərinin müəllimlərindən ibarət “Naxçıvan” və “Culfa” komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib.

Rekord.az xəbər verir ki, Naxçıvan şəhər V. Zeynalov adına 3 nömrəli tam orta məktəbin idman zalında gerçəkləşən oyun ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə bitib.

Hər iki komandaya və komanda üzvlərinə təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilib.