
Naxçıvanda minifutbol turniri keçirilib
- 09 İyn 2023 11:45
- 334
Naxçlvanda şəhidlərimiz Bayramlı Cavid Əhliman oğlu və Tağıyev Səbuhi Gündüz oğlunun xatirəsinə həsr edilmiş yeniyetmələr arasında minifutbol turniri keçirilib.
Rekord.az xəbər verir ki, Ağbulaq İstirahət Mərkəzinin mini futbol meydançasında keçirilən yarışdan öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər ölkəmizin azadlığı və suverenliyi uğrunda həyatını fəda edən qəhrəmanlarımızın gənc nəslə örnək olduğunu və onların daim böyük hörmətlə xatırlandığını qeyd ediblər. Yarışa fəxri qonaq qismində dəvət olunmuş şəhid yaxınları təşkilatçılığa görə təşəkkürlərini ifadə ediblər.
İlk üç yerin sahiblərinə diplom və medal təqdim olunub.
1-ci yer - UGİM
2-ci yer - Şahbuz şəhər 2 nömrəli tam orta məktəb
3-ci yer - Şahbuzkənd tam orta məktəbi