AFFA İcraiyyə Komitəsinin üzvü, eyni zamanda "Araz Naxçıvan"ın qeyri-rəsmi prezidenti olan Zaur Axundov "Kəpəz"lə oyundan sonra jurnalistlərə açıqlama verib.

Rekord.az xəbər verir ki, o, Naxçıvan stadionundakı son durum haqda da danışıb.

Axundov yaxın günlərdı arenada işlərə başlanılacağını bildirib: "Yəqin ki, yaxın bir neçə gündə orada yenidənqurma işlərinə başlanılacaq. Biz də çalışırıq, çox istəyirik ki, "Araz Naxçıvan" Naxçıvanda oynasın. Amma müəyyən qədər zamana ehtiyac var. İşllərin nə zaman yekunlaşacağına gəlincə, yəqin ki, qışa qədər bütün işlər yekunlaşar".