Bakıda Əməkdar məşqçi Minbudaq Hüseynovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə kadetlər arasında respublika turniri keçilib.

Naxçıvan Güləş Federasiyasının gənclər və idman idarəsindən Rekord.az-a verilən məlumata görə, muxtarf respublika 2 məşqçinin rəhbərliyi ilə 10 idmançı ilə bu yarışda təmsil olunub. 

Onlardan üçü mükafatçılar sırasına düşməyi bacarıb.

Naxçıvan təmsilçisində Sadiq Kərimov 52 kq, Tuqay Qəhrəmanlı 48 kq, Ələkbər Əsgərov isə 32 kq çəki dərəcəsi üzrə fərqlənib. Hər üç idmançımız öz çəkisində üçüncü yerə layiq görülüblər. Bununla da Naxçıvan güləşçiləri turniri 3 bürünc medalla tamamlayıb.