
Naqelsmann milli üçün Mülleri oynatmayacaq
- 08 Noy 2022 16:00
- 397
"Bavariya"nın hücumçusu Tomas Müller Münhen klubunun bu il üçün qalan oyunlarını buraxacaq.
Rekord.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Münhen təmsilçisinin baş məşqçisi Yulian Naqelsmann məlumat verib.
O bildirib ki, Qətərdə keçiriləcək dünya çempionatı başlamazdan əvvəl futbolçuya əzələ zədəsini sağaltmaq üçün vaxt vermək istəyir: "Biz risk etmək istəmirik".
Qeyd edək ki, Almaniya DÇ-2022-də İspaniya, Kosta-Rika və Yaponiya ilə birlikdə E qrupunda mübarizə aparacaq.